Nizami Kino Mərkəzi Xocalı soyqırımının XXIII ildönümü ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 26 –da Azərbaycanın Milli qəhrəmanları Fazil Mirzəyev, Şirin Mirzəyev və Asif Məhərrəmov haqqında çəkilmiş sənədli filmlər, həmçinin Elvin Abdullayevin Xocalı faciəsinə həsr olunmuş "Məriz" qısametrajlı filmi, Aqil Abbasın "Dolu" və Vahid Mustafayevin "Xoca" bədii filmləri nümayiş olunacaq. Seanslara giriş pulsuzdur.
Nəzərinizə çatdıraq ki, kinomərkəzdə nümayişdə olunan digər filmlər dayandırılıb.
Qeyd edək ki, bu aksiya Nizami Kino Mərkəzinin, Xocalı Faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB