Xocalı soyqırımının 23-cü ildönümü Sumqayıtda Tarix Muzeyində qeyd edilib. SİA-nın verdiyi məlumata görə, muzeydəki sənədlərin, fotoşəkillərin, kitabların yer aldığı sərgi ilə tanışlıq ötən əsrin sonlarına doğru yaşadığımız faciənin acısını bir daha xatırladır.
Sumqayıtlı rəssam İntiqam Ağayevin kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsərləri isə sərgiyə bitkinlik gətirib.
Müharibə iştirakçısı kimi şahidi olduğu hadisələri tablolara köçürən İntiqam Ağayevin rəsmləri arasında "Dəhşətli gecə", "Qoruya bilmədim, bağışla...", "Mələk" və başqaları Xocalı faciəsinin ağrı-acısını özündə yaşadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB