“Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”

“Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”

Fevralın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçiriləcək. Muzeydən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edəcəklər.

X.Abdinovanın "Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında" mövzusunda çıxışı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunacaq.

Qeyd edək ki, mərasim Azərbaycan Milli Konservatoriyasının tərkibində musiqi kollecinin tələbələrinin ifasında musiqi proqramı və Xocalı hadisələrini əks etdirən "Qar qırmızı Xocalı" sənədli filminin nümayişi ilə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə