Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) tədbirində iştirak edib. SİA-nın verdiyi xəbərə görə, ölkəmizin ilk dəfə təmsil olunduğu ICCA Aralıq Dənizi Bölümü üzrə Görüş (Mediterranean Chapter Summit 2015) Maltada baş tutub. Bu beynelxalq əhəmiyyətli tədbirdə ölkəmiz tərəfindən Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqstşmid iştirak edib.
ICCA Aralıq Dənizi Bölümünə daxil olan bütün Türk şirkətləri görüşdə iştirak edib ki, bu da iki qardaş ölkə Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verir.
Aralıq Dənizi Bölümü ICCA üzvlərinin eyni coğrafi ərazidə birgə işləməsi üçün şəraitin yaradılması məqsədiylə qurulan ICCA bölümlərindən biridir. Bu bölümə Aralıq Dənizi regionu üzrə qeydiyyatdan keçən təşkilatlar aiddir ki, Azərbaycan bu bölümə bu yaxınlarda üzv olub.
Aralıq Dənizi Bölümü ICCA-nın ən böyük coğrafı bölümlərindən biridir və ICCA-nın çox sayda nüfuzlu üzvlərini bir araya gətirir.
Bölümün qarşısında duran əsas vəzifə üzvlər arasında daha yaxşı əlaqə və biznes mübadiləsi mühiti yaratmaq və eyni zamanda regionun görüş və konfraslara ev sahibliyi etmə potensialını gücləndirmək və onun üzvlərinin biliklərini artırmaqdır.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə irimiqyaslı beynəlxalq tədbirlərin respublikamızda keçirilməsinə nail olmaq, ölkənin beynəlxalq səviyyəli görüşlər məkanı kimi təbliğ etmək və konfransların təşkili sahəsini inkişaf etdirməklə iqtisadiyyatımızın mühüm elementi kimi təşviq etmək daxildir.
Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB