İddia olunur ki, Azərbaycanda Avropa Oyunları zamanı şadlıq sarayları toy sifarişlərini qəbul etməyəcək. Belə bir addımın atılması nə dərəcədə doğrudur?
Bununla əlaqədar olaraq SİA-ya İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı münasibət bildirib: "Bu bəzi insanların subyektiv fikirləridir. Yəni, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi toy məclislərinin və ya digər tədbirlərin olmasına elə bir təsiri olmayacaq. Ancaq böyük sayda qonaqların 12-28 iyun tarixlərində paytaxtımıza gəlməsində bu kimi addımların atılmasında müəyyən məhdudiyyətlər ola bilər. Düşünürəm ki, mərkəzləri çıxmaq şərti ilə digər yerlərdə məhdudiyyətlərin qoyulmasına ehtiyac yoxdur. Sadəcə Bakının hansı ərazisində oyunlar keçirilirsə həmin ərazi qadağan deyil, yalnız tövsiyə xarakteri ola bilər ki, burda maşınların hərəkətinə məhdudiyyətlər qoyulsun. Onu da deyim ki, toyları Avropa Oyunlarından ya əvvələ, ya da sonraya salınması daha yaxşı olar. Bir sözlə bunu rayonlarda tətbiq edilməzi düzgün deyil".

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı: "Belə bir qaydanın tətbiq ediləcəyinə inanmıram. Ancaq tövsiyə xarakterli edilərsə hesab edirəm ki, 15 gün müddətində ölkəmizin imici üçün bu cür etmək normaldır. Xalqımız ölkəmiz üçün bəzi güzəştlərin edilməsinin düzgün olduğunu yaxşı anlayır. Düşünürəm ki, Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün bu bir şansdır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB