Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Lənkəranda ilk dəfə olaraq bölgədə fəaliyyət göstərən rəqs kollektivlərinin rəhbərləri və üzvləri üçün treninqlər təşkil olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Heydər Əliyev Mərkəzində təşkil olunan treninqlərdə Bakı Xoreoqrafiya Akademiyasının aparıcı müəllimi Nailya Həsənova və müəllim heyəti Lənkəran, Astara, Masallı və Lerik rayonlarının rəqs kollektivlərinin rəhbərləri və üzvləri üçün Azərbaycan milli rəqsləri üzrə məşğələlər keçiblər. Treninqlər zamanı Azərbaycan rəqsinin yaranma tarixi və əsasları haqqında geniş məlumatlar verilib, müxtəlif rəqs elementləri əyani nümayiş olunub.
Tədbir çərçivəsində Lənkəran Girdəni kənd diyarşünaslıq evinin "Vənəşə", Boladi kənd folklor klublarının "Kinəlim" folklor rəqs kollektivlərinin ifasında rəqslər nümayiş olunub.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB