Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan rəsm sərgisi keçirilib. SİA-nın verdiyi məlumata görə, sərgini Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, "Art Monarx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu ali təhsil ocağı ilə birgə təşkil edib.
Tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov sərgidə müxtəlif yaş qruplarından olan 80-dək rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib.
Qeyd edək ki, sonda tədbirdə iştirak edən rəssamlara sertifikatlar verilib. Üç rəssam isə sərgidə fərqləndiklərinə görə diplom və "Atlas Travel" tərəfindən daxili tur-paketlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB