Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalının fəryadı" adlı mühazirə və foto-sərgi keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində açıq qapı günü elan edilməsi, muzeyə idarə və müəssisələrdən nümayəndələr, rayon təhsil müəssisələrinin müəllim və şagirdlərinin, yaradıcı insanların dəvət edilməsi, "Xocalı soyqrımı uşaqların gözü ilə" adlı açıq dərslərin keçirilməsi və aksiyanın keçirilməsi ilə əlaqədar foto-sərginin müəyyən olunmuş yerlərdə təşkil edilməsi nəzərdə tutulur.
Şabran Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar "Xocalı-Qanlı Tarix" adlı tədbir keçirilib. Tədbir çərçivəsində məktəblilərin əl işlərindən ibarət "Xocalı harayı" adlı rəsm sərgisi təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB