"Yaradıcılıq düşərgə"si

Rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, onların nəzəri hazırlıq səviyyəsinin artırılması, sistemdə yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası sıx işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlıq keyfiyyətlərinin inkişafı məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şirvan şəhərində "Yaradıcılıq düşərgə"si təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarından ibarət nümayəndə heyəti tədbiri təşkil etmək məqsədilə 26-28 fevral tarixində Şirvan şəhərinə səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə