Müşfiq Hətəmov: "Türkiyə ilə müştərək layihələr həyata keçiriləcək" AÇIQLAMA

Müşfiq Hətəmov: "Türkiyə ilə müştərək layihələr həyata keçiriləcək" AÇIQLAMA

"Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası ötən il 52 beynəlxalq kino festivalında iştirak edib. Bu da o deməkdir ki, Azərbaycan kinosu 52 dövlətdə nümayiş olunub". Bunu SİA-ya açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov söyləyib.

Bildirib ki, kinonun özünün çox sürətli və dəyişkən inkişaf xətti var: "Biz çalışırıq ki, bu ölçülərə nəzarət edək və müasir dövrün tələblərinə uyğun işlərimizi quraq. Onu da deyim ki, yaxın günlərdə Türkiyə ilə müştərək layihələrin həyata keçirilməsini müzakirə edəcəyik".

M.Hətəmov həmçinin "Mozalan" studiyasının elan etdiyi ssenari müsabiqəsində 103 ssenari iştirak etmişdi ki, onlardan 6-sı qalib olub: "Yaxın 10 gündən sonra bu mövzuların çəkilişinə başlanılacaq. Bununla yanaşı bir çox nazirliklərə müraciət etmişik. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bizi bu işdə dəstəkləyir. Məhz əvvəlki dövrlərdə olduğu kimi nazirliklər öz problemlərini, istədikləri mövzuları satiranın dili ilə bizim tamaşaçılara çatdırsın. Artıq danışıqlar gedir. Bu da izləyicilər üçün olduqca maraqlı olacaq. Bir sözlə çalışacağıq ki, 2015-ci ildə 2014-cü ildə olduğu kimi maraqlı layihələr təqdim edək".

Bütün xəbərlər Facebook səhifəmizdə