Bu gün Kitabevim.az kitab marketində telejurnalist Kamil Məhərrəmoğlunun (Nehrəmli) doğma kəndi "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında salnamə" adlandırdığı "Tarixi özündə yaşadan kənd" kitabınının imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə yazıçılar, şairlər, kitabsevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, telejurnalist Kamil Məhərrəmoğlunun doğma kəndi ilə bağlı qələmə aldığı bu kitab xarakterinə görə tədqiqat əsəridir. Müəllif Nehrəmin təkcə bu gününü deyil, dünənini, uzaq keçmişini araşdırıb, nehrəmlilərin özünəməxsusluğunu tanınmış siyasətçilərin, ziyalıların, eləcə də sıravi nehrəmlilərin dili ilə açıb göstərməyə çalışıb. O, oxucuya bu kitabın bənzərsiz milli, dini, məişət adətləri barədə maraqlı üslubda məlumat çatdırır. K.Məhərrəmoğlu bu kitabı ilə bir kəndin timsalında bütöv Azərbaycan kəndinin ümumiləşmiş real obrazını yaratmağı bacarıb.
"Tarixi özündə yaşadan kənd" kitabı "Xan" nəşriyyatında işıq üzü görüb.
Qeyd edək ki, sonda Kamil Məhərrəmoğlu tədbirin təşkilatçılarına, iştirakçılara təşəkkür edib, kitablarını imzalayaraq oxuculara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB