Bakı və Sumqayıt şəhərlərində ustad dərsləri keçirilir FOTOLAR

Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir. SİA-nın verdiyi məlumata görə, nazirliyin 2015-ci ilin birinci yarısı üçün iş planına müvafiq olaraq Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərslərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artisti Ramiz Quliyev (tar), Əməkdar İncəsənət Xadimi Arif Əsədullayev (kamança), Hökümə Əliyeva (violin) və Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev (saz) aparıblar. Ustad dərslərində 300 nəfərdən çox müəllim və şagird iştirak edib.

24-25 fevral tarixində Bakı şəhərində paytaxtda fəaliyyət göstərən Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Xocalı, Zəngilan, Kəlbəcər rayon uşaq musiqi və incəsənət məktəblərinin (cəmi 26 məktəb) müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...