Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal 3 gün ardıcıl olaraq Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib. Bildirib ki, fevralın 20, 21, 22-si tarixində 3 fərqli tamaşa nümayiş olunacaq: "3 gün ard-arda ayrı-ayrı tamaşalarda baş qəhrəmanların rollarını ifa etmək bir aktyor üçün çox sevindirici hadisədir. Söhbət "Qısqanc ürəklər", "www.ferzeli-kef.com" və "Mən dəyərəm min cavana" tamaşalarından gedir. Bu tamaşalarda baş qəhrəmanları – Mikayıl, Fərzəli və İbad müəllim obrazlarını canlandırıram. Bu eyni zamanda həm də məsuliyyətli işdir. Çünki müxtəlif xarakterlərdən, fərqli tiplərin obrazlarını ifa etmək çətindir. Obrazı tamaşaçıya olduğu kimi təqdim etmək və sevdirmək çox məsuliyyətlidir. Cilddən-cildə girməyi bacarmaq aktyorun ustalığının, məharətinin göstəricisidir. Hər zaman olduğu kimi mən yenə də teatrımızın direktoru Əliqismət Lalayevə teatrda yaratdığı yüksək yaradıcı şəraitə görə təşəkkür edir və hamını tamaşalarımıza baxmağa dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB