Şuşanın tarixi özbək mətbuatında

Şuşanın tarixi özbək mətbuatında

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın aparıcı "silkway.uz" və "uchildiz.uz" saytlarında "Шуша - храм Азербайджанской музыки и литературы" adlı məqalələr verilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, məqalələrdə Azərbaycanın Şuşa şəhərinin əsasını Qarabağ Xanlığının banisi Pənah Əli bəy Cavanşir tərəfindən qoyulduğu, Şuşa şəhərinin adının etimologiyasının türk mənşəli söz olub, "yüksəklik" mənasını verdiyi bildirilir.

Qeyd olunur ki, bütün dünyada elə şəhərlər var ki, hər daşı, hər küçəsi, hər məkanı musiqini xatırladır. Vyana-Avstriyada, Neapol-İtaliyada, Şuşa isə Azərbaycanda musiqi beşiyi hesab edilir.

Məqalələrdə Azərbaycanın mədəniyyətinin məbədi olan Şuşa Qarabağın ən gözəl guşələrindən biri olduğu yazılır.

Müəllif yazır: dahi Azərbaycan şairi Səməd Vurğun, deyirdi ki, "bütün populyar müğənnilər və musiqiçilər - Azərbaycanın Şuşa şəhərindəndir. Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar" və bu şəhər haqlı olaraq "Qafqazın konservatoriyası" adlandırıblar. Şuşanın Azərbaycanda muğam sənətinin inkişafına təsirindən və oynadığı roldan danışan müəllif məqalədə "tanınmış Şuşalılar" haqqında qısa məlumat verib.

Məqalədə qeyd olunur ki, Şuşa tarixi abidələr şəhəridir və bu abidələr haqqında geniş məlumat verilir.

Məqalənin sonunda 1988-ci ildə Şuşa şəhəri Azərbaycanın Dövlət Tarixi Arxitektura Qoruğu və 1977-ci ildə şəhərin tarixi hissəsinin YUNESKO tərəfindən Tarixi Arxitektura Qoruğu elan edildiyi qeyd olunur.

Məqalələrin tam versiyası ilə http://www.silkway.uz/newsmore/5897 və http://uchildiz.uz linklərində tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə