Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən görkəmli şair və qəzəlxan Əliağa Vahidin anadan olmasının 120 illiyi münasibətilə xatirə tədbiri keçirilib. İdarədən bildirilib ki, İçərişəhərdəki "Vahid bağı"nda təşkil olunan anım mərasimdə ədibin həyat və yaradıcılığından danışılıb, ədibin xatirəsi dərin ehtiramla yad edilib, yaradıcılığı yüksək qiymətləndiriblər.
Tədbirdə paytaxtın sabunçu rayonunun Ə.Vahid adına 293 nömrəli tam orta məktəbin şagirdləri ədibin qəzəllərini söyləyib, muğam, mahnı və satirik kompozisiyalar ifa edilib.
Sonda ədibin abidəsi önünə gül dəstələri düzülüb. Tədbir iştirakçılarına "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB