“Bildiyindən artığını danışmasın” AÇIQLAMA

“Bildiyindən artığını danışmasın” AÇIQLAMA

"İnsanların televiziya vasitəsilə bir-birilərini hədələməsi yolverilməzdir". Bunu SİA-ya açıqlamasında əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov söyləyib: "Hər kəs başqasına məsləhət verməzdən əvvəl çalışmalıdır ki, öncə öz əxlaqını düzəldib, haqqı tanısın. Əgər bunlar kompleks şəkildə olsa, o zaman eybəcər dedi-qodu, qeybətə də yer verilməz. Təəssüf ki, bu gün hər kəs ağlına və ağzına gələn hər şeydən danışır. Çünki sözün qiyməti, məsuliyyəti yoxdur. Onlara qarşı müəyyən qadağalar da edilmir. Heç kim də onları səviyyəsiz danışıqlarına görə qınamır. Onu da deyim ki, hər şeydə azadlıq, müstəqillik ola bilər. Ancaq özbaşınalıq olmamalıdır. Bu cür nöqsanları tənzimləmək üçün müəyyən qayda-qanunlar yaradılmalıdır. Söz azadlığından istifadə edib yersiz və lazımsız danışmaq olmaz. Çünki biz hər şeydən əvvəl insanıq. İnsanın da idarə olunduğu qanunlar, dəyərlər var. Əgər kimsə ağzına gələni danışırsa, bu o demək deyil ki, cəmiyyəti həmin axmaqların ixtiyarına verək. Onu da deyim ki, bu gün ən kiçik hadisələr belə dövlət tərəfindən cəzalandırılır. Hesab edirəm ki, millətin mənəvi-əxlaqını pozan insanlara da cəza verilməlidir. Bir sözlə heç kəs bildiyindən artığını danışmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə