"Gecə yarısı soyğunçuluq" FOTOLAR

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında Miroslav Mitroviçin "Gecə yarısı soyğunçuluq" komediyasının premyerası olacaq. Bu haqda SİA-ya teatrın baş rejissoru Sərvər Əliyev məlumat verib: "Mənim Ağdam Teatrında ilk quruluş verdiyim tamaşa nümayiş olunacaq. Sözügedən tamaşa iki hissədən ibarətdir. Tamaşanı teatrın aktyorları Cəmilə Məmmədzadə, Suliddin Quliyev, Elşən Cavadov, Afəridə Sabirqızı, Qalib Abdullazadə ifa edirlər".

Qeyd edək ki, tamaşa 20 fevral, saat 15:00-da Ağdam Dövlət Dram Teatrının Quzanlı qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə