Əbülfəs Qarayev Rusiyanın nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Rusiyanın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quba rayonunda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının mədəniyyət naziri Zarema Butayeva və Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Tatyana Kuznetsovanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif mədəni əlaqələrin inkişaf etdirilməsi, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda cari ilin 18-19 may tarixində Bakı şəhərində keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın nümayəndə heyətinin iştirakı, forum çərçivəsində müxtəlif simpoziumların keçirilməsi, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması barədə fikirlər qeyd olunub.

Qeyd olunanlarla yanaşı, turistlərin regiona cəlb olunması, birgə turizm marşrutlarının yaradılması məsələləri də görüş zamanı nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə