"Rusiyanın Dünya Fondu"nun təşəbbüsü ilə 12 mart tarixində Moskva şəhərində Dövlət Kreml Sarayında keçiriləcək "Məhəbbətin doğum günü" adlı tədbirdə tanınmış azərbaycanlı bəstəkar, müğənni, beynəlxalq müsabiqələr laureatı Rizvan Sədirxanov iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə Rusiya estradasının müxtəlif ulduzlarının, Respublika qrupunun və azərbaycanlı bəstəkar Rizvan Sədirxanovun mahnıları səslənəcək.
Nəzərinizə çatdıraq ki, tədbir Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə və Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Qeyd edək ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar və müğənni Rizvan Sədirxanovun "Səmimi Qəlbdən" adlanan mahnılar toplusu nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB