Nazirliyin sahibkarlardan tələbi AÇIQLAMA

Nazirliyin sahibkarlardan tələbi AÇIQLAMA

"Bu gün ölkəmizdə turistləri qəbul edəcək qədər gözəl otellərimiz var". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov söyləyib.

Onun sözlərinə görə, regionlarımızda iki-üç ulduzlu otellər var: "Ancaq indi iki-üç ulduzlu otellərin az olması problemi Bakı şəhərində mövcuddur. Son vaxtlar paytaxtımızda brend mehmanxanalar tikilərək, istifadəyə verilib. Bakıda işgüzar turizmi inkişaf etdirmək üçün bizim yüksək səviyyəli otellərə ehtiyacımız vardı. Sevindirici haldır ki, artıq bu problem aradan qaldırılıb. Hazırda iki-üç ulduzlu mehmanxanaların daha da artırılması qarşımızda duran əsas vəzifələrdəndir. Onu da deyim ki, az imkanlı turistlər iki-üç ulduzlu kateqoriyalı mehmanxanalara üstünlük verdikləri üçün sahibkarlar daha çox bu sahəyə ciddi yanaşmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə