Lənkəran teatrında yeni tamaşa FOTOLAR

Lənkəran teatrında yeni tamaşa FOTOLAR

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub. SİA-nın Cənub bürosunun məlumatına görə, tamaşa başqırd yazıçıları Süleyman və Həmdiyyə Lətipovların qələmə aldıqları "Şah və əks-səda" pyesinin motivləri əsasında hazırlanıb. Kiçikyaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla izlənilən tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Gülər Kərimova, rəqsləri isə teatrın nəzdində fəaliyyət göstərən "Ümid" studiyasının yetirmələri ifa ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə