“Nar” mövzusunda 8-ci plener keçirilib

“Nar” mövzusunda 8-ci plener keçirilib

"Art Villa" qalereyasında açıq səma altında 8-ci plener keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan") təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener "Nar" mövzusuna həsr edilib.

Tədbirdə Mir Teymur Məmmədov, Rəşad Mehdiyev, İrina Eldarova, Könül Kəngərli, İntiqam Ağayev, Peri Miniatur, Rəhim Həşimov, Vüqar Əli, Aydın Əsgərov, Ruslan Kovalyov, Vüqar Quliyev, Daşqın Bayramov, Vüsalə Süleymanova, Rövşən Məmmədov, Elşən Karaca, Mehriban Şəmsəddinskaya, Eldar Həsənov, Aişə Məhərrəmova, Zöhrab Salamzadə, Teymur Qəribov iştirak ediblər.

Qeyd edək ki, plenerə yaşlı fırça ustaları ilə yanaşı "Gənclər şəbəkəsi"nin gənc rəssamları da qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə