Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti yaxşılaşıb. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib. Bildirib ki, uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir: "Bir neçə gün öncə növbəti dəfə əməliyyat olundum. Hazırda özünü yaxşı hiss edirəm. İlk növbədə Mədəniyyət və Turizm Nazirliyinə hər zaman mənə xüsusi diqqət və qayğı ilə yanaşdığı üçün təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Musiqili Teatrın kollektivi, bu çətin günlərdə heç vaxt məni tək qoymayıblar. Həmişə axtarıblar, yanımda olublar. Xüsusilə Teatrın direktoru Əliqismət Lalayevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Xəstələndiyim ilk gündən bəri istər maddi, istərsə də mənəvi cəhətdən hər zaman mənə dəstək olub. Nə yaxşı ki, dünyada Əliqismət Lalayev kimi insanlar var. Fürsət varkən həkimlərim Rüstəm Verdiyevə və cərrah Kamil doktora təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB