Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın aparıcı "podrobno.uz" xəbər portalında "Бахтияр Вагабзаде - его личность и творчество служили формированию национального сознания Азербайджанского народа" adlı məqalə verilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqalədə qeyd olunur ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan görkəmli şəxsiyyətlərindən biridir və onun yaradıcılığı Azərbaycanda ədəbi-ictimai fikrin zənginləşməsində, milli poeziya, vətəndaşlıq və müstəqillik ideyaları ruhunun gücləndirilməsində böyük rol oynayıb. Müəllif Azərbaycanda ana dilinin saflığının qorunması, tarixi-mədəni dəyərlərə ehtiram və milli vətənpərvərlik ruhunun təbliğində şairin böyük xidmətləri olduğunu qeyd edir.
Məqalədə yazılır: Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı və xalqı qarşısında xidmətlərini çox yüksək qiymətləndirib, ona təbrik məktubunda yazıb: "Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına, milli dirçəlişinə xidmət edib və xalqı istiqlaliyyət uğrunda mübarizəyə səsləyib.
Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin xalq şairinin yaradıcılığını yüksək qiymətləndirdiyi və bu məqsədlə 2015-ci ildə dahi şairin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığı qeyd olunub.
Məqalənin tam versiyası ilə http://podrobno.uz/cat/world/bahtiyar-vagabzade/ saytında tanış olmaq mümkündür.
Məqalə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə "Azərbaycan ədəbiyyatı" nominasiyası üzrə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB