Opera və Balet Teatrında "Qadınlar məhəbbət axtarışında" tamaşası göstəriləcək. SİA-nın verdiyi məlumata görə, tamaşada "Papinı doçki" və "6 kadrov" populyar seriallarının ulduzu Kseniya Strij iştirak edir.
Bu dünyada ən vacib olan - sevgini axtaran dörd rəfiqə haqqında aktual, gülməli və eyni zamanda lirik komediyadır. Hisslərinə görə onlar ən inanılmaz hərəkətlərə qadirdirlər. Nəticədə onların hər biri əsl xoşbəxtliyi tapır.
Bu tamaşada aydın şəkildə göstərilir ki, hər bir qadının təbii arzusu sevmək və sevilməkdir. Tamaşa sübut edir ki, ən çətin anlarda belə ümidi itirmək olmaz. Çünki həyatımız sürprizlər və gözlənilməz hadisələrlə doludur.
Müəllif -Aleksandr Fyodorov, rejissor -Artyom Tınkasov və Qalina Ezberdir.
Rolları Kseniya Strij, Yekaterina Volkova, Andrey Kaykov, Qalina Danilova, Sergey Doroqov, Mariya Poroşina, Yekaterina Vuliçenko, Yuliya Zaxarova, İrina Medvedyeva ifa edirlər.
Tamaşa 2 saat davam edir.
Qeyd edək ki, tamaşa 21 fevral, saat 20:00-da Opera və Balet Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 20-70 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB