Azərbaycan Mədəniyyəti həftəsi keçiriləcək

Azərbaycan Mədəniyyəti həftəsi keçiriləcək

Bu gün Rusiyanın Vladimir şəhərində Azərbaycan Mədəniyyəti həftəsi start götürür. SİA-nın verdiyi məlumata görə, tədbir fevralın 16-dan 20-dək Rusiya Federasiyasının Vladimir vilayətində "Beynəlmiləl Vladimir" layihəsi çərçivəsində Azərbaycan Mədəniyyəti Həftəsi keçiriləcək. Belə ki, tədbir "Azərbaycan – Odlar yurdu" layihəsi regionda millətlərarası dostluğa və anlaşmaya nail olunması istiqamətində ümumi səylərin birləşdirilməsinə yönəlib.

Mədəniyyət həftəsində qonaqlar xalqımızın məişəti və ənənələri, incəsənəti ilə tanış olacaqlar. Həmçinin Azərbaycan milli mətbəxinə həsr edilən bayram proqramı təqdim ediləcək.

Qeyd edək ki, qonaqlar nəinki milli şirniyyatlarımızın və plovun hazırlanma sirlərini öyrənəcək, həm də bu təamlardan dadacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə