“5 otaq”

Muzey Mərkəzinin İncəsənət qalereyasında "5 otaq" adlı sərgi açılacaq. SİA-nın verdiyi məlumata görə, bu, yeni yaradılan, lakin məhsuldar işləyən "Libra" incəsənət qrupunun bir növ hesabat vernisajıdır.

Nəzərinizə çatdıraq ki, sərgidə 5 rəssamın - Malik İsmayılzadə, Namiq İsmayılzadə, Arzu Rzayev, Nazim Şah və Anar Qəmbərlinin əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi fevralın 19-dan, 21-dək Muzey Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə