Azərbaycanın xalq yazıçısı, Dövlət Mükafatı laureatı, məşhur dramaturq İlyas Əfəndiyevin "Billur sarayda" əsəri əsasında eyniadlı tamaşa təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovski, dekorasiya üzrə rəssam - Aleksandr Fyodorov (Azərbaycanın əməkdar incəsənət işçisi), Səkinə Zeynalova, kostyum üzrə rəssam -Olqa Abbasova, bəstəkar -Vaqif Heydərzadədir.
Tamaşada xalq artisti Fuad Poladov, əməkdar artist Natalya Şarovskaya, Fuad Osmanov, Natalya Baliyeva, aktyorlar Həcər Ağayeva, Olqa Arsentyeva, Rüfət Nəzərov, Cövdət Şükürov, İnna İmranova, Ramil Əliyev, Rüstəm Kərimov, Fatimə Əliyeva, Olesya Qasımova, Oksana Vatolina, Nadir Abdürəhimbəyovdur.
Qeyd edək ki, tamaşa 15 fevral, saat 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB