Əliağa Vahidin yubileyi keçiriləcək

Əliağa Vahidin yubileyi keçiriləcək

Azərbaycanın görkəmli şairi, qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 yaşı tamam olur. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi tərəfindən yubiley tədbiri keçirəcək.

Nəzərinizə çatdıraq ki, tədbirdə görkəmli qəzəlxanın qəzəlləri səslənəcək və xanəndələrin ifasında muğam parçaları ifa ediləcək.

Qeyd edək ki, qəzəlxanın 120 illik yubileyi fevralın 18-də Mahnı Teatrında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə