“Xəcalət"

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H.Mirələmovun "Xəcalət" tamaşası nümayiş etdiriləcək. SİA-nın verdiyi məlumata görə, istedadlı yazıçı, publisist və dramaturq olan H.Mirələmovun "Хəcalət" pyesi müharibənin yaratdığı faciələri bir ailənin timsalında vermiş və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin yaratdığı faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi xəsis, ancaq təsirli boyalarla təsvir edə bilib.

"Xəcalət" pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin, mübariz olmağa səsləyən bir əsərdir.

Qeyd edək ki, tamaşa 25-26 fevral, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə