Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin 18 dekabr tarixində "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilməsi haqqında imzaladığı sərəncamın icrası çərçivəsində görkəmli rəssam Rafiq Əzizova mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən mükafatı təqdim olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rafiq Əzizov 1969-cı ildən bu günə kimi İstanbul Yeditəpə Universitetində müəllim heyətinin üzvü vəzifəsində çalışır. 1983-cü ildən günümüzə qədər Türkiyədə və xarici ölkələrdə 30 qədər fərdi sərgi açıb, 50 qarışıq sərgilərdə iştirak edib və əsərləri hərracda satılıb. Onun Türkiyənin Dövlət Muzeylərində 155 ədəd tarixi mövzuda yağlı boya əsərləri vardır.
Qeyd edək ki, görkəmli rəssam Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO Rəssamlar İttifaqının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB