“ParlaqSelfie” çək qalib ol FOTOLAR

“ParlaqSelfie” çək qalib ol FOTOLAR

"Parlaq Zəka" İntellekt şousunun "Facebook" səhifəsi yeni müsabiqəyə start verir. SİA-nın verdiyi məlumata görə, veriliş efirdə olan zaman verilişdən hər hansı kadr düşmək şərti ilə selfie şəkil çəkərək bu müsabiqədə iştirak edə bilərsiniz. Şəkil çəkərkən bir neçə şəxs də fotoda yer ala bilər. Şəklin orijinallığı və kreativliyi tamamilə sizdən asılıdır. Seçim mərhələsində bu amillər də nəzər alınacaq. Qeyd edək ki, 13.02.2015-08.03.2015 tarixləri arasında keçiriləcək yarışmaya siz fotonu çəkdikdən sonra "Parlaq Zəka" İntellekt şousunun "Facebook" səhifəsinin inboksuna şəkildə təsvir olunanın kimliyi, yaşı və oxuduğu təhsil müəssisəsini göstərməklə qatıla bilərsiniz.

Hər bir üzv yalnız bir foto göndərə bilər (bir fotoda bir neçə çəkilmiş fotodan kollaj formalı şəkil etmək olmaz).

Müsabiqədə həm çəkilişlərimizdə iştirak etmiş, həm də yalnız TV-dən oyunumuzu izləmiş, bir sözlə hər kəs iştirak edə bilər.

Müsabiqəyə qatılanlar üçün diqqət edəcəkləri məqamlar:

- Hansısa effekt, Photoshop (və ya hər hansı dizayn proqramlarından) istifadə etmək

- "Like" yığmaq üçün yalançı profilləri yaradıb, iştirak etmək olmaz!

Yarış iki mərhələdə keçiriləcək:

- İlk mərhələdə yarışın bitmə müddətinə (08.03.2015) kimi ən çox "Like" toplamış 10 üzvün selfiesi seçiləcək.

- Daha sonra 10 fotodan ən yaxşı 3 foto Parlaq Zəkanın münsiflər heyəti tərəfindən 1 həftə ərzində açıqlanacaq.

Məsləhət: Orijinal fotolar çəkməyə çalışın!

Nəzərinizə çatdıraq ki, verilişimiz hər həftənin bazar günü saat 11:00-da, təkrarı isə cümə günü saat 21:00-da Azərbaycan Dövlət Televiziyasının kanalında yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə