I Avropa Oyunlarının rəsmi videoçarxı yayımlanır

I Avropa Oyunlarının rəsmi videoçarxı yayımlanır

"Azərbaycan üçün çox vacib hadisə olan "Bakı-2015" I Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsinin üzvü olan Mədəniyyət və Turizm Nazirliyinin qarşısına böyük öhdəliklər qoyulub. Bu haqda SİA-ya açıqlamasında mədəniyyət və turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov söyləyib. Bildirib ki, əsas məsələlərdən bir neçəsi ilə bağlı işlər başlayıb: "Hətta bir neçə gün bundan əvvəl Mədəniyyət və Turizm sahələri üzrə proqramların hazırlanması ilə əlaqədar işçi qrupunun iclası olub. Həmin iclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkəmizdə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib. Eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib. Xüsusi turist proqramları tərtib edilib. Burada ekskursiya xidmətləri təşkil olunacaq. Hazırda iştirak edilən beynəlxalq turizm sərgilərində I Avropa Oyunlarının rəsmi videoçarxı yayımlanır. Onu da deyim ki, CNN artıq sözügedən loqonu yayımlamağa başlayıb. Belə ki, fevralın 15-dən etibarən isə Euronews kanalında I Avropa Oyunlarının rəsmi reklam çarxı nümayiş olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə