Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun yeni çapdan çıxmış "Mənə ümid kimi bax" şeirlər kitabının və Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə kitabxananın direktoru Kərim Tahirov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, xalq yazıçısı Çingiz Abdullayev, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, professor, Aşıqlar Birliyinin sədr müavini Məhərrəm Qasımlı, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov xalq şairi Zəlimxan Yaqubun "Mənə ümid kimi bax" kitabında müxtəlif illərdə yazdığı və bu gün dillər əzbəri olan şeirlərindən seçmələrin toplandığını bildirib.
Daha sonra digər natiqlər də çıxış edərək sözügedən kitabda şairin Vətən, türkçülük, ictimai-siyasi mövzularda yazdığı şeirlərlə yanaşı, dünya, sevgi, həyat və ölüm, qürbət haqqında düşüncələr və digər mövzularda qələmə aldığı bənzərsiz poetik nümunələrlə tanış ola biləcəklərini diqqətə çatdırıblar.
Nəzərinizə çatdıraq ki, sonda Zəlimxan Yaqub hər iki kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbirin sonunda iştirakçılar şairin yaradıcılığını özündə əks etdirən "Sözün Zəlimxan zirvəsi" adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə 150-dən artıq kitab nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB