MTN-də QHT-lərlə görüş təşkil olunub

MTN-də QHT-lərlə görüş təşkil olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın sədri Şahin Seyidzadə, "Xan Şuşinski" Fondunun prezidenti Bəyimxanım Verdiyeva, "Mədəni İnkişaf Mərkəzi" ictimai birliyinin sədri Gəray Əlibəyli, "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin sədri Fərhad Abdulov ilə nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektoru arasında ikitərəfli görüşlər təşkil olunub. Görüşlər zamanı QHT nümayəndələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" və sözügedən Qaydanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2015-ci il tarixli, 24 nömrəli Əmri ilə yaradılmış Müsabiqə Komissiyası barədə məlumatlandırılıb.

Sözügedən görüşlərdə QHT nümayəndələri ilə fikir mübadiləsi aparılmış, mədəniyyət və turizm sahəsində layihə və təkliflərinin nazirliyə təqdim olunması müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə