"Seriallara verilən məbləğ konkretdir" AÇIQLAMA

"Seriallara verilən məbləğ konkretdir" AÇIQLAMA

"Sevindirici haldır ki, bu gün ölkəmizdə seriallar çəkilir". Bunu SİA-ya açıqlamasında əməkdar artist Sabir Məmmədov söyləyib. Bildirib ki, Azərbaycanda çəkilən serialların əksəriyyətindən ona rol ifa etmək təklifləri gəlib: "Hazırda hər cür səviyyədə seriallar çəkilir. Düşünürəm ki, gələcəkdə bu sahədə irəliləyişlər daha çox olacaq. Hazırda teatrda bir çox tamaşalarda rol alıram. Ancaq seriallara çəkilməyi hələlik, fikirləşmirəm. Seriallara verilən məbləğ isə konkretdir. Burada bəlli bir büdcə var və hər kəs də bunu yaxşı bilir. Buna görə şikayət etməyə də ehtiyac yoxdur. Hesab edirəm ki, seriallarda ən vacib məsələ ssenari və onu çəkən qrupun peşəkarlığıdır. En sonda maddi tərəfi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə