Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Akademkitab" mağazası "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tərkibindən çıxarılaraq müvafiq ştat vahidləri ilə birlikdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) strukturuna daxil edilib.
Bu barədə qərar AMEA-nın rəyasət heyətinin növbəti iclasında qəbul edilib. İclasda bildirilib ki, AMEA-nın "Akademkitab" mağazasının işinin müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac vardır.
Mağazanın kitabxananın binasında yerləşdirilməsi, onun fəaliyyətinin müasir tələblər səviyyəsində təşkilindən irəli gələn məsələləri həll etmək üçün MEK-in direktoru Leyla İmanovaya müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB