"Yeganə xilas torpaqlarımızın azad edilməsidir" MÜNASİBƏT

"Yeganə xilas torpaqlarımızın azad edilməsidir" MÜNASİBƏT

"Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qarşı törətdiyi bu vəhşilik hələ də dünya birliyi tərəfindən sakit qarşılanır". Bunu SİA-ya açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov söyləyib: "Azərbaycana məxsus yer adlarının dəyişdirilib, tarixi memarlıq abidələrimiz məhv edilir. Torpaqlarımız nə zamana qədər düşmənin tapdağı altında olacaqsa düşünürəm ki, bu vəhşilik hələ də davam edəcək. Hesab edirəm ki, bunun yeganə xilası torpaqlarımızın azad edilməsidir. Yalnız ondan sonra yer adları özünə qaytarılacaq, tarixi memarlıq abidələrimiz bərpa ediləcək".

Tarix elmləri doktoru, professor Qasım Hacıyev: "Avropa ölkələrində xristian həmrəyliyi o qədər güclüdür ki, müsəlmanların, o cümlədən azərbaycanlıların haqq işinə əhəmiyyət vermirlər. Əgər Avropa ölkələrinin hər hansı bir yerində bir neçə adamlara ziyan dəyəndə bütün xalq ayağa qalxır, dünya birliyi öz etiraz səsini ucaldır. Düşünürəm ki, ölkəmizə qarşı törədilən vəhşiliyin, vandalizmin yalnız bir neçə ölkə soyqırım kimi tanıyıb. Son zamanlar Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində bir çox ölkələrdə bu məsələ müzakirə olundu və həqiqi qiymətini aldı. Onu da deyim ki, ermənilərin özlərindən də çox erməniliyi sevən ölkələr var. Onları əzmkar xalq kimi əllərində oynadan siyasi qüvvələr mövcuddur. Həmçinin dünya ölkələrinin çoxu ermənilərin tərəfini saxladığına görə, Qarabağda törədilən vandalizmə qarşı heç bir düzgün, obyektiv fikir söyləyən olmur. Həmin ölkələrdir ki, Azərbaycanın düzgün işinə göz yumur, azərbaycanlılara qarşı ədalətsiz mövqe bildirir".

Bütün xəbərlər Facebook səhifəmizdə