"Qazaxıstan latın əlifbasına keçməklə bağlı neçə illərdir müzakirələr aparır. Hətta bununla bağlı nümayəndə heyəti Bakıya səfər etmişdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov söyləyib. Bildirib ki, nümayəndə heyətinə latın əlifbasına keçməklə əldə etdiyimiz uğurlar və qarşılaşdığımız problemlər barəsində məlumatlar verilib: "Bizdə latın əlifbasına keçid hansı problemlərlə müşahidə olundu, hansı çətinliklərlə üzləşdiyimizi, həmçinin uğurlarımız harada olması ilə əlaqədar soruşdular. Eləcə də Türkiyəyə getdilər. Bildiyiniz kimi Qazaxıstan əhalisinin etnik tərkibi zəngindir. Yəni orada başqa millətlər, xüsusilə də rus dillilər üstünlük təşkil edirlər. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin iradəsi, ardıcıl olaraq prosesləri kifayət qədər təmkinlə öyrənib, məntiqlə yanaşdı. Bu tamamilə uğurlu hadisədir ki, Qazaxıstan da latın əlifbasına keçir. Bu keçid gözlənilən idi. Bunun bir əhəmiyyəti də ondan ibarətdir ki, qazaxlarla qırğızların, tatarların, başqırdların dilləri çox yaxındır. Qazaxlardan sonra təbii ki, digər Qıpçaq xalqların da latın əlifbasına keçməsi bir növ qaçılmaz olur. Hesab edirəm ki, başqa Qıpçaq xalqları da sözügedən əlifbaya keçəcək. Yəni bu mövcud təcrübədən öyrənilərək düzgün atılmış addımdır. Ümumiyyətlə bu türk dünyası üçün mühüm bir hadisədir".
.jpeg)
Yazıçı-publisist Əkbər Qoşalı: "Uzun müddət gözlənilən və nəhayət qərarın qəbul edilməsi ilə Qazaxıstanın latın əlifbasına keçilməsi xoş bir hadisədir. Azərbaycan, Türkiyə və Türkmənistan da latın əlifbasından istifadə edir. Eyni zamanda Özbəkistanda da bununla bağlı müəyyən addımlar atılmışdı. Lakin əvvəllər olduğu kimi indi də paralel, ən çox isə kiril əlifbasından istifadə edilir. Onu da deyim ki, təəssüf ki, Qırğızıstanda da bu məsələ öz həllini tapmayıb. İlk addım kimi bütün türk dövlətlərinin latın əlifbasına keçməsi əsas şərtdir. Bununla da biz təkcə əlifbamızı, kitablarımızı öyrənməyəcəyik, həm də bir-birimizə nəticə etibarı ilə ruhi bağlılığımız da artacaq. Bildiyiniz kimi Azərbaycan dövləti illər öncə öz iradəsini nümayiş etdirdi və uğurlu nəticə qazandı. Ümid edirik ki, digər türk dövlətləri də latın əlifbasına keçər və hər birimiz eyni əlifba ilə yazıb yaradarıq. Beləliklə gələcəkdə də əlifba islahatlarının növbəti mərhələsi başlamış olar".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB