I Avropa Oyunlarına hazırlıqla bağlı İşçi Qrupunun iclası keçirilib
Bu gün Mədəniyyət və Turizm Nazirliyində "Bakı-2015" I Avropa Oyunlarına hazırlıqla bağlı mədəniyyət və turizm proqramlarının təşkili ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutan iclas Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkilinin müzakirəsinə həsr olunub. İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkəmizdə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib, eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB