MTN-də ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi ilə görüş olub
Aleksis Şahtaxtinski söhbətə cari ilin 18-19 may tarixlərində Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar fikirlərini paylaşıb və bu tədbirin beynəlxalq arenada böyük maraq oyatdığını nazirin nəzərinə çatdırıb. SİA-nın verdiyi məlumata görə, o, forum çərçivəsində rasizmə qarşı mübarizə və tolerantlıq mövzularında birgə sessiyanın keçirilməsini təklif etmiş və bu təklif nazir tərəfindən təqdirəlayiq hesab edilib.
Əbülfəs Qarayev əlavə edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq formatda tədbir olduğundan burada gündəliyə çıxarılan hər bir məsələ tərəfdaş qurumlar ilə İşçi Qrupunun görüşlərində birgə razılaşdırılır. Sözügedən təklifin gündəliyə çıxarılması məsələsi konkret layihə təklifi alındıqdan sonra nəzərdən keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB