Nazir Azərbaycanın Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verildiyini və bu vaxta qədər ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin mədəni əməkdaşlığın tarixində mühüm yer tutduğunu qeyd edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əbülfəs Qarayev səfiri Türkmənistanın Mərv şəhərini 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbrik etmiş və bu işin layiqincə öhdəsindən gəlinəcəyindən əminliyini ifadə edib.
Nazir mədəniyyət və turizm sahəsində konkret işlərin aparılmasında səfirliyin operativ əməyinin yüksək qiymətləndirdiyini əlavə etdi.
Bundan əlavə tərəflər cari il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizm və kitab sərgiləri mövzusunda fikir mübadiləsi aparıb.
Səfir Toyli Komekov səmimi qəbula görə minnətdarlığını bildirib. O, mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulamış və iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan imkanların əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının gərəkli olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB