“Bakı sübhdən günbatanadək”

Bakı şəhərində keçirilmiş "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanmış "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.

Nəzərinizə çatdıraq ki, layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanmaqla bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunub.

Layihə bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.

Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azanfilm studiyasıdır.

Qeyd edək ki, film 18 fevral Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə