“Çipolinonun macəraları” və “Çəkməli pişik” tamaşaları təqdim ediləcək
Novruz bayramı ərəfəsində Bakıda ilk dəfə Moskva uşaq teatrlarının aparıcı artistlərinin "Çipollinonun macəraları" və "Çəkməli pişik" tamaşalarının premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşalar martın 20-dən 22-dək göstəriləcək.
Çox illər əvvəl Çipollino və onun dostları qəzəbli Senyor Pomidoru və Şahzadə Limonu meyvələr və tərəvəzlər şəhərindən uzaqlaşdırdı və şəhər şən yaşamağa başladı. Lakin günlərin bir günü belə bir şayiə yayıldı ki, Senyor Pomidor cəsur Çipollinodan qisas almaq istəyir və Yer üzündən şən, cəsarətlilər şəhərini silmək üçün qoşun yığır.
Şarl Perronun cəld və hiyləgər pişik və onun sahibi haqqında məşhur "Çəkməli pişik" nağılında ilk baxışdan heç nəyi qalmayan gəncə əlavə yük kimi görünən pişik az sonra bunun belə olmadığını göstərir.
Qeyd edək ki, tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti isə 12-20 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB