Partiya sədri: " "Eurovision" siyasi şouya çevrilib” MÜNASİBƏT-FOTOLAR

Partiya sədri: " "Eurovision" siyasi şouya çevrilib” MÜNASİBƏT-FOTOLAR

"Bu gün "Eurovision" mahnı müsabiqəsi siyasi şouya çevrilib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib. Bildirib ki, hazırda bir çox idman yarışları kimi, mahnı müsabiqələri də siyasi yarışma olub: "Bu cür halların baş verməsi gözləniləndir. Hesab edirəm ki, uğurlu çıxış üçün dövlət büdcəsindən də kifayət qədər pul ayrılır. Yalnız istirahət edib, musiqi dinləməklə kifayətlənmək olmaz. Elə olur ki, bəzi dövlətlər yarışmada iştirak etməkdən imtina edirlər. Hesab edirəm ki, bunun səbəbi maliyyə çətinliyi və bəzi haqsızlıqların olmasıdır. Bildiyiniz kimi, hazırda dünyada qlobal iqtisadi böhran hökm sürür. Belə bir şəraitdə bu cür yarışmalarda iştirak etməyə düzgün baxmıram".

Bəstəkar Tahir Əkbər: "Bütün Avropa ölkələri "Eurovision" yarışmasında öz musiqilərini nümayiş etdirir. Hər bir ölkə bu yarışmaya fərqli tərəfdən yanaşır. Onu deyim ki, Azərbaycan "Eurovision" yarışmasına 2008-ci ildən qatılıb və çıxışları olduqca uğurlu olub. Hətta müsabiqədə qısa vaxt iştirak etməyimizə baxmayaraq, qalib də olmuşuq. Hesab edirəm ki, ən gözəl göstərici də elə budur. Düşünürəm ki, hər şeyi siyasiləşdirməyə ehtiyac yoxdur. Bizim peşəkar bəstəkarlarımız və bəstəkarlıq məktəbimiz var. Onlar "Eurovision" yarışması səviyyəsində əsərlər yaratmağa qadirdirlər. İstərdim ki, bizim folklor nümunələrimiz sözügedən yarışmada nümayiş olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə