Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Adana Böyük Şəhər Bələdiyyə Konsert Salonunda dünya şöhrətli Azərbaycan bəstəkarı Xalq Artisti, professor Firəngiz Əlizadənin müəllif-konserti olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın tanınmış dirijoru, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə etdiyi Çukurova Dövlət Simfonik Orkestrinin iştirakı ilə "Türk-Azeri dostluq konserti" şüarı altında keçən konsertdə bəstəkarımızın "Metomorfoz" əsəri, həmçinin "İntizar" operasından parçalar səsləndirilib. Sözügedən operadan ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin Tolqa Erden ifa edib. Qeyd edək ki, konsert Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB