"Leyli və Məcnun" operası növbəti dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Məcnun rolunun mahir ifaçısı xalq artisti Mənsum İbrahimov bu dəfə səhnəyə yeni bir Leyli - respublikanın xalq artisti Gülyanaq Məmmədova ilə çıxıb. G.Məmmədova Mənsum İbrahimovun səhnədə sayca səkkizinci "Leyli"si olub. Hər iki sənətkarın böyük ustalıqla ifa etdikləri partiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gülyanaq Məmmədovanın ifasında səhnəmizə yeni bir Leylini kəşf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB