Firəngiz Əlizadə: "Mənim əsərim “Grammy” mükafatı aldı" AÇIQLAMA

Firəngiz Əlizadə: "Mənim əsərim “Grammy” mükafatı aldı" AÇIQLAMA

Dünyanın ən nüfuzlu musiqi mükafatlarından olan "Grammy"nin 57-ci təqdimetmə mərasimi keçirilib. Bu haqda SİA-ya Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə açıqlama verib. Bildirib ki, sözügedən təqdimetmə mərasimində iştirak etməyib: "Bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın "Deutsche Grammofon"da işıq üzü görən, musiqilərindən ibarət alboma görə namizəd göstərilib. Çox sevinirəm ki, mənim əsərim də Hillari Hanın ifasında "Grammy" mükafatı aldı. Onunla sonuncu dəfə telefonla danışanda əli zədələnmişdi. O, mənə söyləmişdi ki, "Mən inanıram ki, biz birlikdə qalib gələcəyik və elə də oldu".

Qeyd edək ki, Beynəlxalq "Grammy" mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və "Oskar"ın musiqi variantı hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə