Azərbaycan Dövlət "Yuğ" Teatrında "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında səhnələşdirilən "Boy" tamaşası nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, tamaşanın ideya və quruluşu Tərlan Enginə aiddir. Səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Səhnə əsərində rolları əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı, Elgün Həmid ifa ediblər.
Tamaşada insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb. Vurğulanıb ki, çoxları etiraf etməsə də, hər kəs ölümsüz həyat arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB