Türkiyə yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə 3 illik fasilədən sonra sözügedən yarışmaya qatılacaq. Belə ki, bununla əlaqədar gələn il Türkiyənin milli kanalı olan TRT öz nümayəndəsini müəyyən etmək üçün seçmə mərhələsi keçirəcək.
Qeyd edək ki, Türkiyənin 1975-ci ildən iştirak etdiyi "Eurovision" mahnı müsabiqəsinə sonuncu dəfə 2012-ci ildə qatılmışdı. Bundan sonra iştirakdan imtina edib. Bu imtinanı yarımfinallarda iştirak etmədən "Eurovision"u təsis edən 5 ölkənin birbaşa finala düşdüyü müsabiqənin ədalətsiz formatı ilə əlaqələndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB